Boston Dynamics şirkəti gələn ildən SpotMini robotunun satışına başlayacaq (VİDEO)
Elm & Texnologiya
14.05.2018
Farid Pardashunas
Robototexnika istehsalçısı olan
Boston Dynamics şirkəti özünün 26 illik fəaliyyəti dövründə ilk dəfə robot
satışına başlayacaq. Bu barədə Techcrunch saytı xəbər verib. Belə ki, 2019-cu
ildə şirkət robotlaşdırılmış itə bənzəyən SpotMini robotunun satışını
planlaşdırır. Növbəti ildə SpotMini robotunun kommersiya məqsədli satış planı
üzrə Boston Dynamics şirkətinin təsisçisi Marc Raibert danışıb. Beləliklə şirkət
2019-cu ildə ilk 100 SpotMini robotunu satışa çıxartmağı planlaşdırır. Bununla
belə robotun hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur. Əlavə
olaraq şirkət bildirib ki, sonuncu SpotMini modellərinin istehsalı əvvəlki
modellərdən fərqli olaraq 10 dəfə daha ucuz başa gəlib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ