Boston Dynamics şirkəti SpotMini robotlarının satışlarına start verəcək

TEXNOLOGİYA


22.04.2019 0 PAYLAŞIM 401 OXUNMA


    Boston Dynamics şirkətinin CEO-su Marc Raibert SpotMini adlı dördayaqlı robotun final versiyasını təqdim edib. Bu robot şirkətin ilk kommersiya məqsədli məhsulu olacaq və onu artıq bu ilin yay fəslində almaq mümkün olacaq. Bu barədə Techcrunch saytına istinadən Hightech.plus saytı xəbər verib. Marc Raibert bildirib ki, SpotMini robotunun irimiqyaslı istehsalına bu ilin iyul və ya avqust ayında start veriləcək. 2019-cu il üzrə şirkət 100-ə yaxın SpotMini robotunu istehsal etməyi planlaşdırır.

    Həmin robotlar indiki halda da istehsalat prosesindədirlər. Lakin hal hazırki versiyalar test modelləridir. Buna görə də şirkət mühəndisləri SpotMini robotlarına mütəmadi olaraq dəyişikliklər əlavə edirlər. Şirkət təmsilçiləri qeyd ediblər ki, SpotMini daha etibarlı olub, robotun gövdəsi daxili detalları daha yaxşı qoruyur, kameralar isə 360 dərəcəlik təsvir imkanını verirlər. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə biz xəbər paylaşmışdıq ki, bir neçə ədəd SpotMini robotu yük maşınına birləşdirilmiş və həmin yük maşınını dartmışdılar. Məlumata əsasən SpotMini robotunun hansı qiymətə satılacağı barəsində məlumat yay fəslində veriləcək.