
'Boston Dynamics' şirkəti yeni robotunu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
14.11.2017
Emil
Yaponiyanın texnoloji nəhəngi “SoftBank”a məxsus olan “Boston Dynamics” şirkətinin robototexnika mühəndisləri özlərinin SpotMini adlı robotunun daha təkmilləşdirilmiş versiyasını təqdim ediblər.
2016-cı ilin İyun ayında təqdim olunmuş ilk SpotMini versiyası daha çox gülünc yaradırdı və bir sıra maraqlı videoların diqqət mərkəzinə düşmüşdü. “Boston Dynamics” öz robotlarını lağa qoymağı sevir. SpotMini də istisna deyil. Belə ki, vaxtı ikən həmin robotun banan qabığı vasitəsilə sürüşüb yıxılması barədə videolar çox məşhur idi.
Bu robotun təqdim olunmuş yeni versiyası isə daha ciddi və insan üzündə gülüş yaratmayan xarici görünüşə sahibdir. Dizayn baxımından robot sanki Pixar studiyasının animasiya filmlərindən və ya rejissor Neill Blomkamp-ın filmlərindən gəlib. Belə ki, robotun bədəni və ayaq hissələri sarı rəngə boyanıb. Yeni versiyanın hərəkətləri də keçmiş versiyadan fərqli olaraq daha canlı görünür. Bu isə onu göstərir ki, “Boston Dynamics” heyvanlardan ilhamlanaraq “canlı” robotların hazırlanması sahəsində bir xeyli irəliləyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
