main-post-cover

    Boston Dynamics yenilənmiş Spot Enterprise robotunu təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    04.02.2021
    Farid Pardashunas
        Boston Dynamics şirkəti 4 ayaqlı məşhur Spot robotunun yeni versiyasını təqdim edib. Əvvəlki Spot modelindən fərqli olaraq Spot Enterprise adını əldə etmiş yeni model mexaniki ələ sahibdir. Sözügedən mexaniki əl 11 kq ağırlığında yükü qaldıra bilir və 25 kq ağırlığında olan yükü sürüyüb daşıya bilir. Robotun mexaniki əli həmçinin müxtəlif ötürücülər və kamera ilə təchiz olunub. Onların sayəsində mexaniki əl ətraf mühitdə olan obyektləri təyin edə bilir. Spot Enterprise şarj stansiyasını əldə edib. Robot həmin şarj stansiyasına avtomatik qoşulacaq.
        Əvvəlki modeldən fərqli olaraq Spot Enteprise-da Scout adlı sadələşdirilmiş idarəetmə sistemi reallaşdırılıb. Sözügedən idarəetmə sistemi brauzer üzərindən çalışır. Yeni Spot modeli həmçinin termal kamera, 30 qat optik zoom-a sahib adi 4K kamera və yenilənmiş siqnal qəbuledicisi ilə təchiz olunub. Yeni Spot modelini idarə etmək üçün saniyədə 2 Mbit internet sürəti kifayət edir. Spot Enterprise modelinin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir. Qeyd etmək lazımdır ki, köhnə Spot robotuna sahib şəxslər əlavə vəsait ödəməklə bütün bu yenilikləri öz robotlarına inteqrasiya edə bilərlər. Lakin bu halda onlar robotlarını Boston Dynamics-ə göndərməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər