main-post-cover

    Böyük IT şirkətlər bir neçə kiçik şirkətlərə ayrıla bilərlər

    Elm & Texnologiya
    15.08.2019
    Farid Pardashunas
        ABŞ-ın federal ticarət komissiyasının (FTC) rəhbəri olan Joe Simons-un sözlərinə əsasən lazım olduğu halda dövlət böyük texnoloji şirkətləri daha kiçik şirkətlərə ayırmağa hazırdır. Dövlət idarəsinin bu cür vacib qərara böyük diqqət ayırmasının əsas səbəbi isə monopoliya ilə mübarizədir. Bu barədə Wccftech.com saytına istinadən 4pda saytı xəbər verib. Joe Simons-un bu açıqlamasını həmçinin digər dövlət məmurları dəstəkləyirlər. Siyasətçiləri ən çox narahat edən məqam isə şirkətlərin İT sahədə öz mövqelərini gücləndirmələridir.
        Hal hazırda FTC son zamanlarda olmuş şirkət birləşmələrini analiz edir və öyrənmək istəyir ki, böyük şirkətlər tərəfindən əldə olunmuş kiçik müəssisələr və startaplar monopoliyanın yaranmasına təkan verib yoxsa yox. Əks halda FTC bu məsələyə qarışaraq istehlakçılara qarşı olan sui-istifadənin qarşısını almağa hazırdır. FTC-ni narahat edən bu cür müqavilələrdən biri də 2012-ci ildə Facebook şirkətinin Instagram fotoservisini 1 milyard dollara almasıdır.
        Əgər FTC qərar versə ki, Mark Zuckerberg-in şirkəti sosial şəbəkələr sahəsində dominantlığa sahibdir, onda Instagram fotoservisi Facebook-dan ayrılacaq və hər iki şirkət bir-birindən asılı olmadan fəaliyyət göstərəcək. Əgər komissiya Facebook şirkətinin 2014-cü ildə Whatsapp messencerinin alınmasında qanunvericilik pozuntusunu aşkar etsə şirkətlər ümumilikdə bir-birindən asılı olmayan 3 struktura bölünəcəklər. Baxmayaraq ki, bu hər iki müqavilə FTC-nın razılığı ilə bağlanılıb, Joe Simons bildirib ki, komissiya öz səhvini boynuna almağa və onu düzəltməyə hazırdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər