Brauzerin növündən tutmuş yaddaş həcminə kimi: Facebook bizim barəmizdə hansı məlumatları yığır?
Elm & Texnologiya
14.06.2018
Farid Pardashunas
Facebook sosial şəbəkəsinin rəhbərliyi
Mark Zuckerberg-in ABŞ Konqressində vaxtının olmadığı üçün və ya həmin vaxtda
cavab verə bilmədiyi üçün cavabsız qalmış suallara aydınlıq gətirib. 9 Aprel
tarixində ABŞ Konqressi qarşısında çıxış etmiş Mark Zuckerberg etiraf etmişdi
ki, sosial şəbəkə istifadəçi məlumatlarının sızdırılmasının qarşısını almaq
üçün yetəri qədər iş görməyib. 2 aydan sonra isə sosial şəbəkə ABŞ Konqressində
çıxış zamanı cavabsız qalmış məsələlərə aydınlıq gətirilmiş 220 səhifəlik
hesabat təqdim etdi. Hesabatda əsasən şirkət istifadəçilər və onların
cihazları barəsində hansı məlumatları yığdığını bildirib.
- Cihazlar barəsində məlumatlar: Əməliyyat
sistemləri, cihazlarda istifadə olunan proqram təminatlarının versiyaları,
batareya enerjisinin səviyyəsi, mobil şəbəkənin gücü, faylların saxlanması üçün
olan yaddaş həcmində qalmış boş yer, brauzer növü, faylların və tətbiqlərin
növləri və adları, pluginlər
- Əməliyyatlar barəsində məlumatlar:
Cihaz vasitəsilə yerinə yetirilən əməliyyatlar, mouse-un hərəkəti (bu üsulla
insanları botlardan ayırd etmək olur)
- İdentifikatorlar barəsində məlumatlar:
Unikal identifikatorlar, cihazların, oyunların, tətbiqlərin və özəl hesabların
ID-ləri və digər identifikatorlar, ailəvi cihazların ID-ləri (Facebook-un məhsulları
və ya Facebook hesablarının inteqrasiya olunduqları cihazların
identifikatorları)
- Cihazların siqnalları barəsində məlumatlar:
Bluetooth siqnalları və yaxın ərazidə olan Wi-Fi ötürücüləri, mobil şəbəkə qüllələri
- Cihazın ayarları barəsində məlumatlar:
İstifadəçinin ayarlar vasitəsilə təqdim etdiyi məlumatlar (məsələn foto,
geolokasiya və kamera kimi özəlliklər haqqında məlumatlar)
- Şəbəkə barəsində məlumatlar: İstifadəçinin
internet provayderi və ya mobil operatorunun adı, saat qurşağı, mobil nömrə, IP
ünvan, şəbəkənin sürəti, həmin şəbəkəyə qoşulmuş digər cihazların məlumatları
- Cookie-fayllar barəsində məlumatlar:
İstifadəçinin cihazında olan cookie-fayllar, ID-lər və ayarlar üzrə məlumatlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək