main-post-cover

    Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadəni planlaşdırır

    Elm & Texnologiya
    30.06.2022
    Emil Nəcəfov
        Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün smartfonlar üçün vahid şarj girişi qismində istifadəsi təklifinin ictimai konsultasiyalarına start verib. Qeyd etmək lazımdır ki, Braziliyanın smartfonlar üçün USB Type-C girişini vahid şarj girişi qismində təyin etmək istəməsi ilk təşəbbüs deyil. Belə ki, bir neçə müddət bundan öncə Avropa Birliyi bu cür təşəbbüsü rəsmi şəkildə qəbul etdi. Beləliklə 2024-cü ildən başlayaraq Avropa Birliyi regionunda satılacaq bütün elektron cihazlar USB Type-C girişinə sahib olmalıdırlar.
        Eyni təşəbbüsün reallaşdırılması təklifi ilə həmçinin ABŞ senatorları da çıxış ediblər. Bütün hallarda eletron cihazlar üçün vahid şarj girişi standartı kimi USB Type-C çıxış edir. Qeyd etmək lazımdır ki, bu giriş artıq uzun müddətdir ki, bir çox Android smartfonda istifadə edilir. Bu isə o deməkdir ki, bu cür qanun layihəsi daha çox Apple şirkətinə təsir göstərəcək. Belə ki, o öz iPhone modellərini hələ də Lightning girişi ilə təchiz edir. Lakin buna baxmayaraq şirkətin bəzi iPad modelləri artıq USB Type-C-yə keçid ediblər.
        Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxmışdı ki, şirkət artıq USB Type-C girişinə sahib iPhone modellərini test etməyə başlayıb. İctimai dinləmələrdə təqdim edilmiş sənədlərdə Braziliyanın nizamlayıcı orqanı vahid şarj girişinin tətbiq edilməsinin həm mənfi həm də müsbət tərəflərini qeyd edib. Müsbət tərəflər arasında elektron tullantıların miqdarlarının azalması və istehlakçı üçün olacaq rahatlıq var. Mənfi tərəflər arasında isə sözügedən qanunvericiliyin dəstəklənməsi üçün nəzərdə tutulmuş xərclər və daha təkmilləşdirilmiş şarj interfeyslərinin hazırlanm proseslərində ləngimələr var. Anatel qeyd edib ki, ictimaiyyəti təmsil edən şəxslər ilə bu məsələ ətrafındakı konsultasiyalar 26 avqust tarixinə kimi davam edəcək.
    Linki kopyala