Logo
    main-post-cover

    Britaniyalı şəxs, "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi (VİDEO)

    Gravity Industries startapının təsisçisi britaniyalı Richard Browning, "Dəmir adam”ın məşhur geyiminin işlək prototipini təqdim edib.

    Təqdim olunmuş geyim versiyası, tam olmasa da belə müəyyən müddət Tony Stark kimi havada qalmağa imkan verir. Daedalus adlı geyim, 6 reaktiv mühərrikdən və istifadəçinin bel hissəsində yerləşən yanacaq bölməsindən ibarət ekzoskeletdir. Sözügedən prototip texnologiya, havada bir neçə dəqiqə ərzində yarım metr hündürlükdə qalmağa imkan verir. Hələ ki, bu ekzoskeletin sürəti, qaçan insan sürətinə çatmayıb. Lakin Browning-in sözlərinə görə idarəetməni öyrəndikdən sonra bu cür kiçik hündürlükdə olan uçuşlar o qədər də təhlükəli deyil. Qeyd etmək lazımdır ki, adi yanacağın yerinə aviasiya yanacağından istifadə olunub. Belə ki, aviasiya yanacağından istifadə olunanda, ekzoskeletin partlama ehtimalı demək olar ki, sıfıra enir.
     
    Paylaş
    Bənzər xəbərlər