
Gözlənilən oldu: Bir istifadəçi bütün Pokemonları tutdu
Elm & Texnologiya
08.05.2017
Ftb_hodor ləqəbli istifadəçi Reddit-ə onun Pokemon GO oyununda bütün pokemonları tutduğunu sübut edən foto yerləşdirib.
İstifadəçinin
bildirdiyinə görə onun kolleksiyasında 142 müxtəlif pokemon var. Digər pokemonlar
isə ABŞ ərazisində deaktiv vəziyyətdədir. Oyun ABŞ-da 6 iyul
tarixində təqdim olundu. Deməli istifadəçi 16 gün ərzində öz kolleksiyasını tamamlayıb. Ümumilikdə istifadəçi 153 km yol qət edərək aktiv olan 40 səviyyədən 31-ci səviyyəyə çatıb. O 4269 pokemon tutaraq 303 yumurta yaradıb. İndi isə o kolleksiyasını
genişləndirmək üçün Avropa və Asiya ölkələrinə getməyi planlaşdırır. Digər
istifadəçilər isə qeyd ediblər ki, onlar rahatlıqla 100-ə yaxın müxtəlif
pokemonları əldə ediblər. Oyunçular pokemonları öz və qonşu şəhərlərdə tutaraq
oyundakı bir çox funksiyalardan istifadə edib yüksək səviyyəyə çatıblar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...