main-post-cover

    Bu ay Motorola RAZR'dan əlavə daha bir qapaqlı smartfon təqdim olunacaq

    Elm & Texnologiya
    01.11.2019
    Farid Pardashunas
        Məlum oldu ki, bu ay tamamilə yeni Motorola RAZR smartfon modelindən başqa daha bir qapaqlı model təqdim olunacaq. Söhbət, Samsung şirkətinin qapaqlı W20 5G smartfon modelindən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Çinin mobil operatorlarından biri Weibo sosial şəbəkəsində sözügedən smartfon modelinin təqdimat tarixinin tizer fotosunu paylaşıb. Yaxın bir neçə gün ərzində şirkət smartfonun dəqiq tarixini açıqlamalıdır. Samsung W20 5G modeli keçən ilki W19 modelinin davamçısı olacaq. Son məlumat sızıntılarına əsasən W20 5G modeli şüşə materialdan hazırlanmış gövdəyə, Snapdragon 855 prosessoruna, 12 GB RAM-a, 512 GB daxili yaddaş həcminə və AMOLED ekrana sahib olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər