
Bu cihaz vasitəsilə insanlar gitarada daha tez və rahat ifa etməyi öyrənəcəklər (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Əgər siz gitarada ifa etməyi istəyirsinizsə onda xüsusi kurslara gedə və ya online dərslər ala bilərsiniz.
Lakin əgər bu üsullar sizin üçün çətindirsə
onda sizlərə Indiegogo platformasında təqdim edilmiş yeni layihəni təqdim
edirik. Belə ki, FretX adlı yeni layihə, gitarada ifa etməyi öyrədən kiçik
cihazdır. Cihaz, gitara qriffin üzərinə yerləşdirilən xüsusi astardan və mobil
tətbiqdən ibarətdir. Gitara simlərinin alt hissəsində yerləşən kiçik rəngli
işıq diodları, düzgün notların alınması üçün barmaqları harda yerləşdirmək
lazım olduğunu göstərirlər. Mobil tətbiqin bazasında 93 əsas akkord vardır. Həmin
akkordları öyrənəndən sonra siz istənilən musiqini ifa edə bilərsiniz. Bundan əlavə
olaraq tətbiqin öz musiqiləri də var və FretX həmin musiqiləri ifa etməyinizdə
siz köməklik edəcək. Həmçinin istifadəçi tətbiq sayəsindən istədiyi musiqini YouTube-da tapıb onu öyrənə bilər. FretX-ı Indiegogo-dan 69$-a almaq olar.
Paylaş
Bənzər xəbərlər