Bu dəfə flaqman özəllikləri ilə: Huawei nova 3 təqdim olundu
Elm & Texnologiya
11.07.2018
Farid Pardashunas
Huawei nova 3 smartfonunun təqdimatı
1 həftədən sonra baş tutacaq. Lakin istehsalçı sözügedən smartfon barədə bütün
məlumatları təqdim etdi. Qeyd etmək lazımdır ki, əvvəlki nova modelləri büdcəli
seqment üçün nəzərdə tutulurdu. Lakin 3-cü nəsil nova modelində flaqman
texnologiyalardan istifadə olunub. Yeni smartfonun dizaynı əvvəlcədən məlum
idi. Buna görə də bu mövzuda heç bir sürpriz olmayıb. Belə ki, smartfon xarici
görünüşcə Huawei P20 flaqman modelinə bənzəyir. Huawei nova 3 19:9 nisbətli 6.3
inç Full HD+ keyfiyyətli LCD ekranla təchiz olunub. Həmçinin ekranın yuxarı
hissəsində çıxıntı yeri də var.
Texniki göstəricilərə gəldikdə isə smartfon 8
nüvəli Kirin 970 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 16 MP (f/1.8
diafraqmalı rəngli sensor) + 24 MP (f/1.8 diafraqmalı monoxrom sensor) ikili
arxa kamera, 24 MP + 2 MP ikili ön kamera (hər iki kamera portret rejimini dəstəkləyir)
və Super Charge sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya
ilə təchiz olunub. Smartfon həmçinin GPU Turbo texnologiyasını da dəstəkləyir.
Onun sayəsində istifadəçilər oyunların keyfiyyətini qaldıra və enerji sərfiyyatını
aşağı sala bilərlər. Smartfon EMUI 8.2 interfeysli Android 8.1 Oreo əməliyyat
sistemi vasitəsilə çalışır. Maraqlı xüsusiyyətlər arasında istifadəçi üzünün 3D
skan dəstəyi və animasiyalı 3D Qmoji emojilərin yaradılması var. Huawei nova 3-ün
qiyməti barəsində hələki heç bir məlumat verilməyib. Smartfon bu ayın sonunda
satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ