Logo
    main-post-cover

    Bu il AirPods Pro 2 USB Type-C dəstəyini əldə edə bilər

        Apple şirkətinin bu il iPhone 15 smartfonlarında Lightning girişini USB Type-C ilə əvəz edəcəyi barəsində məlumatlar dəfələrlə ortaya çıxıb. Lakin verilmiş yeni məlumata əsasən bu il daha bir Apple məhsulu USB Type-C girişi ilə təchiz olunacaq. Söhbət, AirPods Pro 2 naqilsiz qulaqlığından gedir. Qeyd etmək lazımdır ki, hal hazırda AirPods Pro 2-nin şarj keysi Lightning girişinə sahibdir. Lakin məşhur analitik Ming Chi-Kuo-nun sözlərinə əsasən AirPods Pro 2 üçün USB Type-C girişinə sahib şarj keysi bu il təqdim olunacaq. Çox güman ki, Apple yeni şarj keysini iPhone 15 smartfon seriyasının təqdimatı çərçivəsində təqdim edəcək. Digər özəlliklərə gəldikdə isə AirPods Pro 2-də heç bir dəyişiklik olmayacaq. Əsas dəyişiklik məhz onun şarj keysində USB Type-C girişinin reallaşdırılması olacaq. AirPods 2 ilə AirPods 3-ə gəldikdə isə analitikin sözlərinə əsasən Apple onları hələ ki, USB Type-C-yə keçirtməyi planlaşdırmır.
    Paylaş
    Bənzər xəbərlər