main-post-cover

    Bu il ICO vasitəsilə rekord olaraq 4 milyarddan çox vəsait cəlb olunub

    Elm & Texnologiya
    15.12.2017
    Emil Nəcəfov
    Bütün dünya üzrə nizamlayıcı orqanların keçirdikləri narahatlıqlara baxmayaraq ICO vasitəsilə cəlb olunmuş vəsaitlərin ümumi göstəricisi 4 milyard dolları keçib.
    Bu barədə Wall Street Journal saytı xəbər verib. Bununla yanaşı bu vəsaitin əsas hissəsi məhz 2017-ci ildə əldə olunub. 2016-cı ildə isə bu göstərici 225 milyon dollar idi. 2017-ci il bitcoin, blockchain və digər kriptovalyutalarla bağlı olan hər şey üçün uğurlu il oldu. Əsasən bitcoinin və digər kriptovalyutaların böyüməsi ilə yanaşı həmçinin ICO bazarı da böyüdü. “Autonomous Research” adlı tədqiqat şirkətinin məlumatlarına əsasən 2016-cı ildə ICO bazarı sayəsində ümumilikdə 225 miılyon dollar vəsait yığılmışdı. Bu il isə bu göstərici 18 dəfə böyüyüb.
    Bununla yanaşı vəsait cəlb etmənin bu cür modelini tənqid edənlərin sayı da artmaqda davam edir. ICO-nun təhlükəliyi və riskli olması barədə demək olar ki, bütün dövlətlərin nizamlayıcı orqanları xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, bu formatda investisiya yatıran şəxs heç cür qanunvericilik tərəfindən qorunmur. Bu isə öz növbəsində bir sıra saxta şirkətlərin dələduzluğa əl atmalarına səbəb olur. ABŞ-ın dəyərli kağızlar və birjalar komissiyasının keçmiş nümayəndəsi və Stenford Universitetinin professoru Jozeph Grundfest bildirib ki, ICO varolan bütün normaların pozulması deməkdir. O tez bir zamanda bu məsələ ilə bağlı məhdudlaşdırıcı qərarların qəbul olunmasını komissiyaya məsləhət görüb.
    Bu il bir çox startaplar məhz ICO vasitəsilə vəsait cəlb ediblər. Onlar öz uğurlarını qeyd etdilər və hansı startapın daha çox investisiya əldə etməsi baxımından yarışdılar. Sonradan sakitçilik çökdü. Növbədə ən çətin mərhələ dayanır. Şirkətlər yığdıqları vəsaitlər sayəsində öz ideyalarını reallaşdırmalıdırlar. Məhz bu mərhələdə bir çox problemlər yarana bilər. Çox güman ki, 2018-ci ildə biz ICO modelinin əsl uğur və uğursuzluqlarını görəcəyik. Belə ki, əldə olunmuş vəsaitlər sayəsində nəticələri sərgiləmək lazım gələcək.
    Linki kopyala