Bu il iPhone X dizaynına sahib iPad Pro təqdim oluna bilər
Elm & Texnologiya
26.01.2018
Farid Pardashunas
Keçən ilin Oktyabr ayında məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, 2018-ci ildə iPad Pro planşetləri TrueDepth kameraları və Face ID sistemləri ilə təchiz olunacaqlar.
Bu cür bəyanat isə öz növbəsində
şirkətin iPad Pro modelini yeniləcəyi barəsində müzakirələrə səbəb olmuşdu.
Şirkət iPhone X smartfonundan ilhamlanaraq daha nazik çərçivəli iPad Pro
modelini istehsal etməyi planlaşdırır. Görünür, iPhone X-in ön panelinin yuxarı
hissəsində olan mübahisəli çıxıntı yeni iPad Pro modelinin də fərqləndirici özəliyi
olacaq.
iOS 11.3 əməliyyat sisteminin beta versiyasının kodunda tərtibatçılar “müasir
iPad” (modern iPad) yazısı aşkar ediblər. Keçən il iPhone X təqdim olunmamışdan
öncə şirkət əməliyyat sisteminin kodunda smartfonu “modern iPhone” adlandırmışdı.
Çox güman ki, şirkət “müasir” sözünü iPhone 8 seriyasından sonrakı cihazlarına
aid edir. iPhone X buna bariz nümunədir. Güman olunur ki, yeni iPad Pro bu ilin
İyun ayında keçiriləcək WWDC tədbirində və ya yeni iPhone modellərinin təqdim
olunduğu ənənəvi Sentyabr ayında anons edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)