Logo
    main-post-cover

    Bu il Samsung Galaxy Note 6 əvəzinə Note 7 gələcək!

    Samsung-un yayın sonunda təqdim edəcəyi yeni flaqman Note modelinin adı Note 6 yox Note 7 olacaq. Koreyanın etnews xəbər portalının yaydığı məlumata görə bunun səbəbi isə Samsungun eyni ildə təqdim etdiyi bütün flaqman modellərin eyni rəqəmlə adlandırılmalarını istəməsidir (galaxy s7). 
     
    Belə görünür ki, bu rəqəm buraxma məsələsi telefonun texniki parametrlərinə də təsir edəcək. Şayiələrə görə Samsung yeni Note 7-də Snapdragoon 823 və tam olaraq 6GB ram-dan istifadə edəcək. Bununla yanaşı smartfonda Samsungun "Irıs" göz sensorunun da olacağı deyilir.
    Paylaş
    Bənzər xəbərlər