main-post-cover

    Bu ilin ən yaxşı 5 smartfonunun adı açıqlandı

    Elm & Texnologiya
    27.08.2018
    Farid Pardashunas
        Baxmayaraq ki, ilin sonuna kimi hələ bir xeyli vaxt var və bir sıra şirkətlər öz yeni smartfon modellərinin təqdimatlarına hazırlaşırlar, Business Insider saytı özünün 2018-ci ilin ən yaxşı 5 smartfon reytinqini tərtib edib. Maraqlısı ondadır ki, sözügedən reytinqə müxtəlif qiymət göstəricisində olan smartfon modelləri daxil olublar. Birinci yerdə qərarlaşmış cihaz isə ümumiyyətlə təəccübləndirib.
        Beləliklə Business Insider-in fikrincə bu ilin ən yaxşı 5 smartfon siyahısında birinci yeri OnePlus 6 cihazı tutur. Saytın fikrincə bu, 530$-a alına biləcək ən yaxşı smartfon modelidir. Smartfonun yaxşı özəllikləri arasında onun böyük OLED ekranı, yüksək keyfiyyətli kameraları və sürətli şarj texnologiyası var. Smartfon Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunub. Saytın fikrincə bu özəlliklər OnePlus 6-nı bu ilin ən yaxşı multimedia cihazı edir.

        İkinci yerdə Samsung şirkətinin yeni flaqman modeli olan Galaxy Note 9 qərarlaşıb. Cihazın əsas özəllikləri arasında 6.4 inç ölçüsündə olan yüksək keyfiyyətli AMOLED ekran, təkmilləşdirilmiş ikili arxa kamera, böyük həcmli daxili yaddaş göstəricisi, smartfonu blokdan çıxartmaq üçün genişləndirilmiş imkanlar, böyük həcmli batareya və sürətli şarj texnologiyası var. Üstünlüklər arasında həmçinin sudan və tozdan yüksək qorunma funksiyası və 3.5 mm-lik audiogirişin olması göstərilib. Qeyd etmək lazımdır ki, şirkətin yeni flaqman modelinin qiyməti 1000$-dan başlayır.

        Üçüncü yeri Galaxy S9 smartfon modeli tutub. Sözügedın smartfona üçüncü yeri laiq görmüş özəlliklər arasında keyfiyyətli ekran, ürək döyüntülərinin təyin olunması texnologiyası və naqisliz şarj texnologiyası var. Business Insider həmçinin Galaxy S9-un dizaynını da yüksək qiymətləndirərək onu ən cəlbedici smartfonlardan biri adlandırıb. Bu smartfonun qiyməti isə 720$-dan başlayır.

        Dördüncü yeri LG G7 ThinQ modeli tutub. Xarici görünüşcə bu smartfon iPhone X-ə bənzəyir. “Əgər iPhone X Android əməliyyat sistemi əsasında çalışsa idi onun adı Lg G7 ThinQ olardı” – deyə sayt bildirib. Smartfonun əsas özəllikləri arasında yüksək keyfiyyətli səs, genişbucaqlı kamera, Snapdragon 845 flaqman prosessoru və naqilsiz şarj texnologiyası var. Bundan əlavə olaraq smartfon iPhone X-dən daha ucuz qiymətə satılır. Belə ki, onun qiyməti 750$ təşkil edir.

        Reytinqdəki sonuncu yeri Motorola şirkətinin Moto G6 modeli tutub. Baxmayaraq Moto G6 bu reytinqdə ən ucuz qiymət göstəricisinə sahibdir, Business Insider onun yaxşı kamera özəlliklərini qeyd edib. Bundan əlavə olaarq smartfonun əsas özəllikləri arasında həmçinin uzun müddət ərzində enerji saxlayan batareya, Snapdragon 450 prosessoru və sürətli şarj texnologiyası var.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər