main-post-cover

    Bu ilki iPhone modellərində nə kimi dəyişikliklər ola bilər?

    Elm & Texnologiya
    07.01.2019
    Orxan Jafarli
        Keçən ilin sentyabr ayında təqdim olunmuş iPhone XS sadəcə olaraq iPhone X-in təkmilləşdirilmiş versiyası idi. Bu səbəbdən də bu ilki iPhone modellərində daha çox dəyişikliklərin olacağı gözlənilir. Analitiklərin fikrincə bu ilki iPhone modellərində olacaq dizayn dəyişikliklərindən əlavə olaraq smartfonlar yeni özəlliklər də əldə edəcəklər və həmin özəlliklər smartfonlardan istifadə təcrübəsini bir qədər dəyişəcək.
        Atherton Research tədqiqat şirkətinin baş analitiki və vitse-prezidenti olan Jean Baptiste Su-nun fikrincə bu il Apple şirkəti öz iPhone modellərinə Touch ID texnologiyasını geri qaytaracaq. Lakin bu texnologiya birbaşa smartfonların ekranlarına inteqrasiya olunacaq. Bu barədə Phonearena saytı xəbər verib. Apple şirkətinin nəticə etibarilə hansı texnologiyadan istifadə edəcəyi hələki məlum deyil. Bu, optik və ya daha təhlükəsiz ultrasəs barmaq izi skanı texnologiyası ola bilər.
        Bəzi məlumatlara əsasən ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologiyası ilk öncə məhz Galaxy S10 flaqman modelində reallaşdırılacaq. Bundan əlavə olaraq analitikin verdiyi məlumata əsasən bu il Apple şirəti yeni iPhone modellərində Lightning girişindən də imtina edə bilər. Bu halda həmin giriş USB Type-C ilə əvəz olunacaq. Bu bir qədər daha inandırıcı səslənir. Belə ki, şirkət bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Pro modelində Lightning girişini məhz USB Type-C ilə əvəz etmişdi.
        Son məlumatlara əsasən bu lki iPhone modellərinin ekranlarında da çıxıntı hissə olacaq. Lakin keçən ilki modellərdən fərqli olaraq bu ilki iPhone modellərində olacaq çıxıntı hissə bir qədər kiçik olacaq. Bununla yanaşı bu ilki iPhone-larda TrueDepth kamerası arxa paneldə də yerləşdirilə bilər. Bu halda istifadəçilər arxa kamera vasitəsilə obyektlərin 3D modellərini yarada biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər