
Bu proqram ilə tatunu əvvəlcədən öz vücudunuzda görə bilərsiniz
Elm & Texnologiya
07.05.2017
Farid
Daimi tatuaj etdirmək istəyənlər üçün bu məsələ uzun müzakirəli mövzudur. Tatuaj etmədən onun vücudda necə görünəcəyi həmişə sual altında olur. Amma son hazırlanan Ink Hunter proqramı ilə artıq bu problem də həll olunur.
Hələlik sadəcə iOS platformasında yer alan, amma həm Android, həm də Windows Phone versiyaları üzərində işləyən Ink Hunter, əsas olaraq artırılmış reallıq texnologiyasından faydalanır və cihazların kameraları üzərindən seçilən tatuları vücudun istənilən nöqtəsinə yerləşdirə bilir. Beləliklə. fiziki olaraq tatuaj etdirilmədən onun görünüşü haqqında məlumatınız olur. İstifadəçilər istər öz tatuları, istərsə də proqramın təklif etdiyi tatuları yoxlaya bilərlər.Ödənişsiz olaraq təqdim olunan Ink Hunter proqramını buradan əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər