Logo
    main-post-cover

    Bu şəxsə 29 ayda 217 dəfə COVİD-19 peyvəndi vuruldu: Nəticəsi isə elm adamlarının ağızlarını açıq qoydu!

    Elm & Texnologiya
    07.03.2024
    Aslan
         Ötən illərdə həyatımıza daxil olan COVID-19 epidemiyası indi də peyvənd müzakirələri ilə gündəmdədir. Xüsusilə də sosial şəbəkə istifadəçiləri peyvənd olunduğuna görə peşman olduqlarını bildirirlər. Bəzilərinə görə, COVID-19 epidemiyası infarktların və qəfil ölümlərin artmasının əsas səbəbi olaraq görülür. Ancaq Almaniyada ortaya çıxan xəbərlər bu məlumatın həqiqəti əks etdirmədiyini göstərir. 
         Belə ki, 62 yaşlı Almaniya vətəndaşının 29 ay ərzində 217 dəfə COVID-19 peyvəndi aldığı bildirilir. Şəxsin niyə belə bir şey etdiyi izah edilməsə də, alimlər bu şəxsi araşdırmaq qərarına gəliblər. Belə ki, alimlər şəxs üzərində bir neçə analizlər apararaq onun səhhətinin yaxşı olduğunu və bu qədər yüksək dozaya baxmayaraq “zəif immunitet” probleminin olmadığını müəyyən ediblər. Bununla belə, əvvəlki araşdırmalarda müəyyən edilmişdir ki, bir dərman və ya peyvəndin həddindən artıq dozasına məruz qalmaq orqanizmin həmin dərmana və ya peyvəndlərə reaksiyasının azalmasına səbəb ola bilər.
         Elm adamları şəxsin 214 və 217-ci peyvənd dövrlərində onun qan və tüpürcək nümunələri götürüblər. Daha sonra alimlər götürdükləri nümunələri araşdıraraq əldə etdikləri məlumatları 3 doza peyvənd alan 29 nəfərin məlumatları ilə müqayisə ediblər. Maraqlısı isə odur ki, müqayisə edilən məlumatlar tamamilə eyni olub. Bununla belə, dəfələrlə peyvənd edilmiş şəxsin antitel dəyərləri daha yüksək idi ki, bu da elm adamlarına görə çox normal bir nəticə idi.
         Əslində, alman şəxsin bədəninin SARS-CoV-2 virusunu zərərsizləşdirmək qabiliyyəti digər insanlara nisbətən 5-11 dəfə yüksək olduğu ehtimal edilir. Mütəxəssislərə görə, bu nəticələr şəxsin daha yüksək immunet dəyərinə sahib olduğunu göstərən əsas fakt hesab olunmur. Onların fikrincə, bunun səbəbi antitellərin sayının çox olmasıdır. Lakin onu da qeyd etmək lazımdır ki, elm adamları heç kimə belə yüksək dozada peyvənd qəbul etməyi məsləhət görmür. Həmçinin bu nəticələrin tək bir şəxsə xas olduğunu da unutmamaq lazımdır.
    Paylaş
    Bənzər xəbərlər