
Bu tətbiq vasitəsilə artıq internet olmadan da YouTube izləmək mümkün olacaq
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən böyük video platforması YouTube, illərdir gözlənən yeniliyi təqdim etməyə qərar verib.
Hal-hazırda dünyanın ən böyük video
paylaşım platforması olan YouTube, artıq kompüterdən çox ağıllı telefon və
tabletlər vasitəsilə izlənir. Ən çox musiqi dinləmək üçün istifadə olunan YouTube-un çatmayan cəhəti isə offline izlənə bilməməsi və yeni videoları
yaddaşda saxlamamasıdır. Bu mövzuda bir çox Android və iOS istifadəçilərini
sevindirəcək xəbər YouTube tərəfindən açıqlanıb.
Belə ki, YouTube yeni YouTube
Go adı verdiyi tətbiqlə bu problemi həll etməyi qarşısına məqsəd qoyub. YouTube
Go vasitəsilə videoları yaddaşda saxlamaq, offline olaraq izləmək mümkün
olacaq.
İlk olaraq Hindistanda istifadəyə veriləcək
tətbiq Android platformasında istifadəyə veriləcək. Tətbiq uğurlu olarsa digər
ölkələrə də istifadəyə veriləcək.
Paylaş
Bənzər xəbərlər