Büdcəli Galaxy J seriyası davam edir: Galaxy J4 (2018) təqdim olundu
Elm & Texnologiya
22.05.2018
Farid Pardashunas
Samsung şirkəti Galaxy J4 (2018) adlı
büdcəli smartfonu təqdim edib. Galaxy J4 (2018) 5.5 inç HD ekran, 4 nüvəli Exynos 7570
prosessoru, Mali-T720 MP1 qrafik sürətləndirici, 2 GB RAM, 16 GB daxili yaddaş
(microSD dəstəkli), f/1.9 diafraqmalı 13 MP-lik arxa kamera, f/2.2 diafraqmalı
5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər
iki kamera işıqlandırma sisteminə sahibdir. Bundan əlavə olaraq smartfon LTE
modul, iki SIM kart girişi və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. Təəssüflər
olsun ki, cihaz barmaq izi skanı texnologiyası ilə təchiz olunmayıb. Galaxy J4 (2018) Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 185$ qiymətinə
satılacaq. Lakin onun Avropada nə zaman satışa çıxacağı barəsində heç bir məlumat
yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)