main-post-cover

    Büdcəli Google Pixel 3a smartfonu barəsində yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    28.03.2019
    Farid Pardashunas
        İnternetdə büdcəli Google Pixel 3a smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Roland Quandt-ın sözlərinə əsasən 4 GB RAM və 64 GB daxili yaddaşa sahib olacaq Pixel 3a modeli Avropada 450 avro qiymətində satılacaq. Həmin qiymətə Çin istehsalı flaqman smartfon almaq olar. Məsələn Snapdragon 855 prosessoruna sahib Xiaomi Mi9 modeli.
        Məşhur insayder Pixel 3a XL modelinin qiyməti barəsində heç bir məlumat verməyib. Lakin güman etmək olar ki, o, 500-550 avro qiymətində satılacaq, Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Pixel 3a plastik korpus, Full HD+ keyfiyyətli 5.56 düym OLED ekran (ekran üzərində çıxıntı hissə olmadan), Snapdragon 670 prosessoru, 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və Quick Charge 4+ sürətli enerji yığma texnologiyalı 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Pixel 3a XL modelinə gəldikdə isə o, 6 düym ekran, Snapdragon 710 prosessoru və daha böyük həcmli batareya ilə Pixel 3a-dan fərqlənəcək. Hər iki smartfon modeli bu ilin yaz fəslində təqdim olunmalıdır. Çox güman ki, onları may ayının əvvəlində keçiriləcək Google I/O 2019 tədbirində təqdim edəcəklər,
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər