main-post-cover

    Büdcəli Google Pixel 3a və Pixel 3a XL smartfonlarının rəsmi render fotoları sızdırıldı

    Elm & Texnologiya
    19.04.2019
    Farid Pardashunas
        Android Headlines saytı büdcəli Google Pixel 3a Pixel 3a XL smartfon modellərinin render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən bunlar sözügedən smartfon modellərinin rəsmi render fotolarıdır. Çox güman ki, məhz bu smartfonları biz, Google şirkətinin 7 may tarixindəki tədbirində görəcəyik. Maraqlısı ondadır ki, adi Pixel 3 seriyası ilə müqayisədə büdcəli Pixel smartfonları öz aralarında yalnız ekran ölçülərinə görə fərqlənirlər.

        Əvvəlki məlumat sızıntılarına inansaq, Pixel 3a modeli Full HD+ keyfiyyətli 5.56 düym OLED ekran, 8 nüvəli Snapdragon 670 prosessoru, 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, Quick Charge 4+ sürətli enerji yığma texnologiyalı 2915 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Pixel 3a XL modeli isə 6 düym ekran, Snapdragon 710 prosessoru və daha böyük həcmli batareya ilə təchiz olunacaq. Büdcəli Pixel seriyasının güman olunan qiymət göstəricisi 450-500 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər