main-post-cover

    Büdcəli Google Pixel 4a smartfonları barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    17.01.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti bu il yalnız 1 ədəd büdcəli Pixel modeli təqdim edəcək. Lakin görünür, bu belə olmayacaq. Belə ki, XDA-Developers saytının mütəxəssisləri Pixel 4 üçün olan sonuncu proqram təminatı yenilənməsini incələyiblər və onun daxilində şirkət tərəfindən təqdim olunacaq smartfonların kod adlarını aşkar ediblər: Sunfish, Redfin Bramble.
        AOSP (Android Open Source Project) repozitoriyasına əsasən Sunfish kod adına sahib cihaz sm7150 (Snapdragon 730) prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor ilə həmçinin Redmi K30Galaxy A71 smartfonları təchiz olunurlar. Məlumatda qeyd edilib ki, Sunfish kod adına sahib cihaz iki istiqamətdə hazırlanır: Biri Android 10 əsasında, digəri isə Android 11.
        Çox güman ki, söhbət, Pixel 4a smartfonundan gedir. Redfin və Bramble kod adlarına sahib cihazlara gəldikdə isə çox güman ki, söhbət Pixel 4a XL modelindən gedir. Sözügedən kod adlarına sahib cihazlar sm7250 (Snapdragon 765) prosessoru ilə çalışacaqlar. Snapdragon 765 isə 5G şəbəkə dəstəyinə sahibdir. Büdcəli Pixel modellərinin nə zaman satışa çıxacaqları barəsində bir məlumat yoxdur. Lakin çox güman ki, smartfonlar may ayında keçiriləcək Google I/O 2020 tədbirində təqdim olunacaqlar. 
    Linki kopyala