main-post-cover

    Büdcəli iPhone XC modelinin fotoları sızdırıldı

    Elm & Texnologiya
    11.09.2018
    Emil Nəcəfov
        Artıq sabah Apple şirkəti öz yeni məhsullarının təqdimatını keçirdəcək. Bugün isə məşhur insayder 6.1 inç ekrana shaib büdcəli iPhone modelinin (iPhone 9, iPhone XC və ya iPhone Xr) bir neçə fotosunu paylaşıb. Təqdim olunmuş fotolarda smartfonun arxa panelində yerləşən bir ədəd kameranın yeni dizaynını və alüminiumdan hazırlanmış çərçivəni görmək olar. Bəzi modellərdə həmin çərçivənin rəngi smartfonun korpus rəngində olacaq. Analitiklərin fikrincə bu, 3 model iPhone-dan daha irimiqyaslısı olacaq və 2019-cu ilin birinci yarısında şirkətin smartfon satışlarının 70%-i məhz həmin modelin öhdəsinə düşəcək. Qeyd etmək lazımdır ki, sabahki təqdimatda Apple həmçinin çox güman ki, Apple Watch Series 4 smart saat modelini, yenilənmiş iPad Pro-nu və MacBook-u təqdim edəcək.

    Linki kopyala