
Büdcəli Redmi 8A'nın keyfiyyətli fotoları ortaya çıxdı
Elm & Texnologiya
11.09.2019
Emil
Çinin TENAA adlı telekommunikasiya agentliyinin məlumatlar bazasında büdcəli Redmi 8A smartfon modeli aşkar edilib. Ortaya çıxmış keyfiyyətli fotolar sayəsində smartfonun dizaynını diqqətli şəkildə incələmək olar. Bu barədə 4pda saytı xəbər verib. Bir neçə müddət bundan öncə fotoları ortaya çıxmış Redmi 8 xarici görünüşcə Redmi Note 8 Pro modelinə bənzəyirsə, Redmi 8A modeli öz rəqiblərinə bənzəyir. Əsasən smartfonunn arxa panelindəki dekorativ zolaq hissəsi OPPO Reno seriyasını və köhnə Nokia Lumia modellərini xatırladır

Fotoya əsasən belə qənaətə gəlmək olar ki, Redmi 8A modeli barmaq izi skanı texnologiyasına sahib olmayan plastik gövdə ilə təchiz olunacaq. Əvvəlki Redmi A modellərində də olduğu kimi Redmi 8A bir ədəd arxa kameraya sahib olacaq. Vacib yeniliklərdən isə ekran ətrafındakı nazik çərçivələri və ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəni qeyd etmək olar. Smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat verilməyib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
