
Büdcəli Redmi Smart Fire TV televizoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
14.03.2023
Emil
Xiaomi şirkəti Hindistanda Redmi Smart Fire TV adlı yeni büdcəli smart televizorunu təqdim edib. Bu smart televizor Amazon Fire OS 7 əməliyyat sistemi vasitəsilə çalışan ilk Xiaomi televizorudur. Redmi Smart Fire TV həmçinin özündə Amazon Alexa səsli köməkçisini və Prime Video, Netflix, Disney+ və Youtube kimi tətbiqləri birləşdirir. Texniki özəlliklər baxımından Redmi Smart Fire TV adlı smart televizor HD keyfiyyətli 32 düym ekran və Dolby Atmos dəstəkli 20 vatt gücündə olan səsgücləndiricilər ilə təchiz olunub. Smart televizor 4 nüvəli prosessor vasitəsilə çalışır və özündə 1 GB RAM-ı birləşdirir. Bununla yanaşı o, Wi-Fi və Bluetooth texnologiyalarına, o cümlədən 5.0 HDMI 2.1, USB 2.0 və Ethernet girişlərə sahibdir. Redmi Smart Fire TV mart ayının sonunda Hindistanda satışa çıxacaq və 170$-a satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
