
Büdcəli Samsung Galaxy Tab A9 planşeti barəsində məlumatlar ortaya çıxıb
Elm & Texnologiya
09.08.2023
Emil
Samsung keçən ayın sonunda Galaxy Tab S9 flaqman planşetlərini təqdim edəndən sonra indi də büdcəli planşet üzərində çalışır. Söhbət, Galaxy Tab A9-dan gedir. İnternetdə sözügedən yeni büdcəli planşetin sxematik fotosu və bəzi texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy Tab A9 planşeti 8.7 düym ekran və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı planşet özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və USB Type-C girişini birləşdirəcək. Galaxy Tab S9 Wi-Fi və 5G dəstəyinə sahib olacaq. Ortaya çıxmış sxematik fotodan görmək olar ki, planşetin arxa panelində bir ədəd kamera yerləşəcək. Galaxy Tab A9-un nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər