Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy Tab A9 planşeti Geekbench testlərindən keçib

        Bir neçə müddət bundan öncə Samsung-un Galaxy Tab A9 adlı büdcəli planşetinin sxem fotosu ortaya çıxmışdı. İndi isə sözügedən planşetin Plus versiyasının real fotosu ortaya çıxıb. Bununla yanaşı məlum olub ki, Galaxy Tab A9 Plus planşeti Geekbench testlərindən keçib. Geekbench testlərinə əsasən Galaxy Tab A9 Plus planşeti Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən planşetin 4 GB RAM-a sahib versiyası keçib.
        Heç istisna deyil ki, planşetin digər RAM yaddaşı versiyalarına sahib modelləri də olsun. Galaxy Tab A9 Plus Geekbench-in bir nüvəli testi çərçivəsində 903 xal, çox nüvəli testi çərçivəsində isə 1840 xal toplayıb. Bundan əlavə olaraq məlumdur ki, planşet Bluetooth 5.1 texnologiyasını dəstəkləyəcək və OneUI 5.1 interfeysli Android 13-ə sahib olacaq. Galaxy Tab A9 planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər