main-post-cover

    Bükülən dron təqdim olunub

    Elm & Texnologiya
    27.08.2018
    Bot Lala
    Çinin DJI şirkəti yeni bükülən Mavic 2 dronunu təqdim edib.
    Technote.az bildirir ki, pilotsuz uçuş aparatı Mavic 2 Pro və Mavic 2 Zoom versiyalarında istehsal ediləcək.
    Mavic 2 Pro Hasselblad şirkəti tərəfindən hazırlanmış 20 meqapiksel təsvir ölçülü 1 düymlük matrisli kamera, Mavic 2 Zoom versiyası isə DJI-nin öz istehsalı olan 12 meqapiksel matrisli kamera ilə təchiz edilib.
    Dronun hər iki versiyası 4K formatında video çəkilişi dəstəkləyir və 8 Gb daxili yaddaşa malikdir. hitech.newsru.com saytının məlumatında bildirilir ki, yeni dron maneələri daha yaxşı dəf etməyə imkan verən təkmilləşdirilmiş sistemlə təchiz edilib.
    Mavic 2 öz batareyası sayəsində yarım saata qədər havada qala bilir, onun maksimal sürəti 72 km/saata çatır.
    Mavic 2 Pro-nu 1149 dollara, Mavic 2 Zoom versiyasını isə 1249 dollara əldə etmək mümkündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər