main-post-cover

    Bundan sonra Android tətbiqlər iş prosesini dayandırmadan yenilənəcəklər

    Elm & Texnologiya
    08.11.2018
    Emil Nəcəfov
        İstifadəçilər Android tətbiqləri işlətdikləri zaman çox zaman həmin tətbiqlərə yenilənmə gəlir və birdən-birə tətbiqlərin iş prosesi dayandırılaraq yenilənmə prosesinə keçid edirlər. Bu cür hal bir çoxlarını qıcıqlandırırdı. İndi isə Google şirkəti bunun qarşısını almaq üçün yeni API-lər buraxıb. Belə ki, bundan sonra istifadəçilər hansısa tətbiqi istifadə etdikləri zaman bu və ya digər tətbiq iş prosesini dayandırmadan avtomatik yenilənəcək. Şirkət tərəfindən təqdim edilmiş yeni API-lar In-app Updates API adlanır. Google şirkəti iki əsas funksiyanı əlavə edib.

        Tam ekran rejimində tətbiq bloklanır. Lakin ən azından istifadəçi tətbiq yenilənməsi barəsində məlumatlandırılır və o, bu prosesi izləyə bilir. Bu cür variant əsasən böyük yenilənmələr üçün ideal yaraşır. Flexible in-app update sistemi vasitəsilə isə istifadəçi yenilənmə zamanı işlətdiyi tətbiqdə bloklanmayacaq. Yəni istifadəçi tətbiqi işlədən zaman həmin tətbiq avtomatk olaraq yenilənəcək. Başqa sözlə desək, In-app Updates API vasitəsilə yenilənmə prosesi bir növ tətbiqin özünü təşkil edəcək. Bu yeni özəlliklər artıq şirkətin bir sıra əməkdaş şirkətləri üçün aktivdir. Yaxın zamanda yeni özəlliklər bütün tətbiq tərtibatçıları üçün aktiv ediləcək.
    Linki kopyala