
Bütün ICO-lardan yığılmış ümumi vəsaitin 10%-i oğurlanıb
Elm & Texnologiya
22.01.2018
Emil
ICO vasitəsilə cəlb olunmuş bütün vəsaitlərin 10%-i ya itib yada hackerlər tərəfindən oğurlanıb.
Bu cür nəticəyə “Ernst &
Young” şirkətinin analitikləri gəliblər. Bu barədə Reuters saytı xəbər verib.
Şirkətin analitikləri 372-dən çox keçirilmiş ICO məlumatlarını analiz ediblər.
Tədqiqata əsasən bütün ICO-lardan əldə olunmuş ümumi 3.7 milard dollar vəsaitdən
400 milyon dolları ya itirilib yada hackerlər tərəfindən oğurlanıb. Çox zaman
bu cür oğurluq hadisələrində hackerlər fishing (dələduzluq vasitəsilə vəsaitlərin
ələ keçirilməisi) üsuluna əl atırlar. Bu üsul sayəsində hackerlər keçirilmiş
hansısa ICO-dan 1 ay ərzində 1.5 milyon dollar vəsait qazana bilərlər.
Şirkət
analitikləri həmçinin ölkələr üzrə keçirilmiş ICO-lardan cəlb olunmuş yüksək məbləğləri
də hesablayıblar. Birinci yerdə ABŞ-dan olan layihələr qərarlaşıb. Onlar
ümumilikdə 1 milyard dollar vəsait cəlb ediblər. İkinci yeri Çin (452 milyon
dollar), üçüncü yeri isə Rusiya Federasiyası (310 milyon dollar) tutub. Tədqiqat
çərçivəsində həmçinin məlum olub ki, ICO vasitəsilə cəlb olunan vəsaitlərin
miqdarı aşağı düşür. 2017-ci ilin İyun ayında ICO-ların 90%-i lazımi vəsaiti
yığmışdılar. Lakin Noyabr ayında bu göstərici 25%-ə düşmüşdü. Şirkətin məlumatına
əsasən son zamanlarda ICO-nun qarşılaşdığı əsas problemlərdən biri də layihələrin
aşağı keyfiyyətli olmalarıdır.
Paylaş
Bənzər xəbərlər