main-post-cover

    Bütün mobil qurğular üçün universal USB kabel təqdim olunub

    Elm & Texnologiya
    25.07.2018
    Bot Lala
    Xiaomi şirkəti tərəfindən təqdim edilmiş USB kabel mobil bazarda olan bütün smartfon və planşetlər üçün uyğun gəlir.
    Technote.az bildirir ki, AZƏRTAC “ilenta.com” saytına istinadla xəbər verir ki,  universal kabelin bir tərəfi “Micro-USB”, “USB-C” və “Lightning” konnektorlarına malikdir, digər tərəfi isə USB-dir.
    Aksesuar Android sisteminin idarəetməsi altında işləyən cihazların bir çoxunu və iPhone 5-dən başlayaraq iPhone smartfonlarını enerji ilə doldura bilər.
    Kabelin uzunluğu 1 metr təşkil edir. Bu kabellə Apple şirkətinin istehsalı olan smartfonları enerji ilə doldurmaq mümkündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər