Canlı yayım zamanı məşhur kriptobloggerdən 2 milyon dollar oğurlandı

16.04.2018 0 PAYLAŞIM 294 OXUNMA

ICO bazarında sponsorlaşdırılmış icmal videoları ilə tanınan Ian Balina öz YouTube kanalında canlı yayım zamanı növbəti məhsulun icmalını edərkən izləyicilərdən biri onun elektron portmanatından bütün tokenləri oğurlayıb. Balina izləyicilərdən birinin rəyinə fikir verməyərək öz canlı yayımına davam edib və 15 dəqiqədən sonra guya elektriklə baş vermiş problem səbəbilə yayımı dayandırıb. Balina aşkar edib ki, onun hesabı Google Tables-dan yoxa çıxıb və bundan sonra o anlayıb ki, onun hesabını hack ediblər. Bundan sonra o öz yayımına tamamilə son verib.




“Mən pullara görə narahat olmuram. Mən sadəcə hackeri tapmaq istəyirəm. Xahiş edirəm ki, bu barədə bütün məlumatları ibalina88@gmail.com ünvanına göndərin. Hər kəsə təşəkkürlər” – deyə Balina öz Twitter hesabında bildirib.


Qeyd etmək lazımdır ki, Balina, ICO sahəsində məşhur mütəxəssisdir. Onun YouTube kanalında 116.000-dən çox, Telegram kanalında isə 26.000-dən çox abunəçi var. Elektron portmanat üzərindəki əməliyyatlar onu göstərir ki, Balina-nın bütün tokenləri oğurlanıb. Onların arasında 20 milyondan çox Nucleus Vision, 2 milyon Pareto Network və 1 milyon Loom tokenləri olub. Balina güman edir ki, hackerlər onun hesabına hələ kollec zamanı istifadə etdiyi poçt ünvanı sayəsində daxil ola biliblər. Daha sonra hackerlər Balina-nın öz tokenlərinin açarlarını saxladığı Evernote hesabına daxil olublar. 



<