Logo
    main-post-cover

    Canon şirkəti əməkdaşlıq üçün uyğun smartfon istehsalçısı axtarışındadır

    Elm & Texnologiya
    23.05.2023
    Emil
        Fotoaparatlar və foto optika sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlər smartfon istehsalçıları ilə əməkdaşlıq edirlər. Bu cür əməkdaşlıqlar çərçivəsində smartfon istehsalçıları həmin şirkətlərin kamera və optika texnologiyalarını öz məhsullarına inteqrasiya edirlər. Bu cür şirkətlərə misal olaraq Zeiss, Leica Hasselblad-ı gətirmək olar. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən smartfon istehsalçıları ilə bu cür əməkdaşlığa daha bir şirkət qoşula bilər. Söhbət, Canon-dan gedir.
        İnsayderin sözlərinə əsasən Canon hal hazırda əməkdaşlıq edə biləcəyi uyğun smartfon istehsalçısı axtarışındadır. Bu üsul ilə şirkət öz kamera və optika texnologiyalarını smartfonlara inteqrasiya etmək istəyir. Buna görə də yaxın gələcəkdə Canon hansısa məşhur smartfon brendi ilə əməkdaşlıq edə bilər. Məsələn hal hazırda Leica ilə Xiaomi, Hasselblad ilə OPPO OnePlus, Zeiss ilə isə vivo əməkdaşlıq edirlər. Məlumata əsasən Apple, Samsung Sony şirkətləri öz kamera brendlərinə diqqət ayırdıqları üçün çətin ki, onlar Canon ilə əməıkdaşlıq etsinlər. Buna görə də potensial partnyorlar siyahısında Huawei, Honor, ASUS, Motorola və realme brendləri qalırlar.
    Paylaş
    Bənzər xəbərlər