Logo
    main-post-cover

    "Canon"un yeni fotoaparatı "M5" görüldü

    "Canon"un yeni aynasız(mirrorless) modeli M5-ə aid ilk dəqiq şəkillər sızdırıldı. Aynasız fotoaparatlar sahəsində geridə qalan "Canon", baxaq görək bu model ilə gözlədiyini tapa biləcək mi? 


    Həvəskar fotoqrafların sürətlə aynasız fotoaparatlara yönəlməklərinə və "Fujifilm", "Sony", "Olympus", "Samsung" kimi şirkətlərin bu sahədə özlərini kifayət qədər inkişaf etdirmələrinə baxmayaraq "Canon" bu mövzuda səs gətirən bir model istehsal etməmişdi. Bundan əvvəl buraxdığı M kodlu modellər DSLR modellər qədər səs gətirə bilməmişdi və aynasız fotoaparat sevərlər arasında özünə yaxşı bir yer edə bilməmişdi. 

    "Technote.az", "Nokishita" da paylaşılan şəkillərə əsaslanaraq bildirir ki, M3 M10 modellərində elektron displeyə yer verməyən "Canon", M5 modelində artıq bu detala diqqət yetirib. Xüsusilə günəşli havalarda ekran parlaqlığının kifayət etməməsi displeyin olmasını vacib qılır. "Şəkillərdə görünən odur ki "Canon", bu dəfəki modeli ilə özündən kifayət qədər söz etdirəcək.
     
    Xarici görünüşü ilə "Canon M5" də şirkətin, rəqibləri "Sony" və "Fujifilm"in dizayn dilindən təsirləndiyini görə bilərik. Bundan əvvəlki M modellərinə görə daha xoşagəlimli dizayn diqqəti cəlb edir. "Canon", DSLR fotoaparatlarda bazarı idarə edən əsas güclərdən olsa da aynasız fotoaparatlarda əfsuslar olsun ki vəziyyət belə deyil.
      
     
    Parametrləri
    Sensor: 24.2 million pixel APS-C CMOS
    AF: dual pixel CMOS AF 
    Prosessor: DIGIC 7
    Sürət: 7fps live, 9 fps view
    ISO : 100-25600
    Video: FullHD 60fps
    Titrəşimə maneə: 5-axis electronic image stabilization (ilk)
    Qoşulmalar: NFC, Bluetooth, Wifi 
    Ölçülər: 115.6 x 89.2 x 60.6 mm
    Ağırlıq: 427g
    Paylaş
    Bənzər xəbərlər