
Casusluq etmək üçün əla fürsət. Kiçik şurupa quraşdırılmış kamera
Elm & Texnologiya
04.08.2017
Günümüzdə kimisə izləmək, demək olar ki, hamı tərəfindən mümkündür.
Bunu, artıq keyfiyyətli, ucuz və daha da kompakt olan xüsusi
kameralar vasitəsilə etmək olar. Bir neçə müddət bundan öncə eBay-da yeni
maraqlı kamera növü satışa çıxdı. Həmin kamera çok kiçikdir və hamımızın
bildiyi adi şurupun daxilinə yerləşdirilib. Qiyməti 17$ olan bu kamera, internetdə bir çox
istifadəçinin diqqətini cəlb etdi. Şurupda olan kameranı ilk dəfədən görmək
qeyri-mümkündür. Belə ki, onun ölçüsü 0.8x0.8 sm-dir. Şurupun daxilində 60-70 dərəcə
bucaqlı və 3.7 mm-lik obyektivə sahib 5 MP-lik kamera var. Kamera vasitəsilə çəkilmiş
görüntülər xüsusi sxemə ötürülür. Həmin sxem isə çəkilmiş görüntüləri özünün
yaddaş həcmində saxlaya və ya naqilsiz şəbəkə vasitəsilə lazımi yerə göndərə
bilər. Kameradan əlavə olaraq bu kiçik şurup həmçinin mikrofona da sahibdir. Bu
cihazın yeganə mənfi cəhəti isə onun, gecə rejimi çəkilişinə sahib olmamasıdır.
Kameranı adi şarj cihazı, günəş enerjisi və ya hansısa digər naqil vasitəsilə
şarj etmək olar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...