main-post-cover

    Cənubi Koreya kriptovalyuta ticarətini qadağan etməyə hazırlaşır

    Elm & Texnologiya
    11.01.2018
    Farid Pardashunas
    Cənubi Koreya hökuməti ixtisaslaşdırılmış birjalarda kriptovalyutaların ticarətinə qadağa qoymağa hazırlaşır.
    Buna aid sənədi ölkənin Ədliyyə Nazirliyi hazırlayır. Bu barədə xəbəri Reuters saytı idarə rəhbəri Park Sang-ki-yə istinadən verib. “Virtual valyutalar barəsində böyük narahatlıq var və düzünü desəm Ədliyyə Nazirliyi birjalarda kriptoalyuta ticarətinə qadağa üçün qanun layihəsi üzərində çalışır” – deyə Park Sang-ki bildirib. Məmur qanun layihəsinin əsas özəllikləri barəsində məlumat verməsə də bildirib ki, sənəd üzərində dövlət hökumətinin hədəf qrupu çalışacaq.
    Daha əvvəl də Cənubi Koreya bitcoinin və digər kriptovalyutaların anonim istifadəsini qadağan etmək niyyəti haqqında xəbər vermişdi. Həmçinin ölkə kriptovalyuta ilə bağlı cinayətlər üzrə cəzalandırmanın da sərtləşdirilməsi barəsində niyyətlərinin olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, sözügedən ölkədə kriptovalyutalar çox məşhurdur. Məlumata əsasən ölkənin minimum milyona yaxın əhalisi öz vəsaitlərini kriptovalyutalar şəklində saxlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər