Logo
    main-post-cover

    Cənubi Koreya, TSMC-ya bənzər şirkət yaratmağa hədəflənib

    Elm & Texnologiya
    28.12.2024
    Emil
         Cənubi Koreya, Tayvanın yarımkeçirilərin istehsalı sahəsində lider şirkəti olan TSMC-ya bənzər şirkətin yaradılmasına hədəflənib. Çox güman ki, belə bir şirkət KSMC adlanacaq. Bu üsul ilə Cənubi Koreya öz regionunda yarımkeçiricilər ekosisteminin gücləndiricilməsini istəyir. İdeyanın əsas məğzi isə yarımkeçiricilərin istehsalı sahəsində fəaliyyət göstərən daha kiçik müəssisələrin dəstəklənməsidir.
         Cənubi Koreyanın bu sahədəki müəssisələri Samsung şirkətinin 10 nanometrdən daha aşağı texnoloji proses çərçivəsində istehsal edilən prosessorlarından asılıdırlar. KSMC-nın yaradılması isə öz növbəsində fərdi istehsal xətlərinə sahib olmayan kiçik şirkətlərə lazımi yarımkeçirici məhsulların sifariş edilməsi imkanını verəcək. Mütəxəssislərin proqnozlarına əsasən KSMC-nın yaradılması və inkişafına 13.9 milyard dollar vəsaitin yatırılması 2045-ci ilə kimi 208.7 milyard dollar həcmində iqtisadi mənfəət verə bilər.
    Paylaş