
Cənubi Koreya yeni robot texnologiyası yaratdı
Elm & Texnologiya
07.05.2017
Farid
Hər zaman robot texnologiyası ilə dünyaya səs salan Cənubi Koreya daha bir yeniliyə imza atdı. Yaratdıqları texnoloji vasitə ilə real həyatda Terminator filmini canlandırdılar.
Cənubi Koraya hər zaman həyata keçirdiyi
ideyalar və texnoloji yeniliklərlə diqqət mərkəzində olmağı bacarıb. Bu dəfə isə
onlar filmlərdəkinə bənzər Exosuit yaratdılar. Robot texnologiyasına
xüsusi diqqət yetirən Hankook Mirae adlı şirkət Method-2 adlı yeni exosuit
yaratdığı haqda məlumat paylaşdı. Exosuit-lər ilk olaraq, Alien və Matrix filmlərində
qarşımıza çıxmışdı. Sonralar isə Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə
işlər apardığı və bu robotlardan hərb sahəsində istifadə etməyi planlaşdırdığı
ortaya çıxdı.
Cənubi Koreyanın üzərində işlədiyi robot isə
belə demək mümkünsə, içi insan, çölü isə robotdan təşkil olan exosuitdir. 1.3
ton ağırlığında olan Method-2 adlandırılan robotun əsas vəzifəsi isə limanlarda
və ya nəqliyyat nöqtələrində ağır əşyaların daşınmasını həyata keçirməkdir.
Cihazın təqribi qiymətinin 200 milyon dollar olacağı bildirilir. Gələcəkdə bu
cihazın yalnız limanlarda deyil, digər sahələrdə də istifadəsi nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər