main-post-cover

    Çərçivəsiz HTC U11 Plus-ın dizaynı və texniki göstəriciləri haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    02.10.2017
    Farid Pardashunas
    Keçən ay “Google” ilə “HTC” şirkətləri, vacib bir müqavilə bağlamışdılar.
    Həmin müqaviləyə əsasən “Google”, “HTC”nin bir hissəsini aldı və şirkətin 2000-dən çox işçisi, “Google”a keçdi. Lakin bu müqavilənin bağlanmağı heç də “HTC”nin sonu demək deyildi. İndi isə şirkət özünün flaqman modeli olan U11-in çərçivəsiz ekran versiyasını təqdim etməyə hazırlaşır. Gizchina.com saytının məlumatına əsasən yeni versiyanın kod adı Ocean Master-dir.

    Həmçinin HTC U11 Plus adı ilə də tanınan yeni versiyanın texniki göstəriciləri və dizaynı, internetə sızdırılıb. Beləliklə U11 Plus modeli, 5.99 Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 64/128 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Yenilənmiş smartfon, Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Məlumata əsasən U11 Plus, 11 Noyabr tarixində təqdim olunacaq. Cihaz bu seriyanın yeni flaqman modeli olacaq və 4 ay bundan öncə satışa çıxmış adi U11-i seriyadan çıxardacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər