main-post-cover

    Çərçivəsiz Nokia 10 haqqında ilk məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    03.01.2018
    Farid Pardashunas
    AndroidCrunch mənbəsinin məlumatlarına əsasən bu ilin 3-cü rübündə “HMD Global” şirkəti çərçivəsiz Nokia 10 modelini təqdim edəcək.
    Sızdırılmış məlumatlara əsasən Nokia 10 barmaq izi skanının inteqrasiya olunduğu ekrana, Face ID texnologiyasına, Snapdragon 845 prosessoruna, Adreno 630 qrafik sürətləndiricisinə, 8 GB RAM-a və USB Type-C girişinə sahib olacaq. Həmçinin yeni smartfon ikili arxa kamera, Quick Charge 4.0+ texnologiyasını dəstəkləyən batareya, sudan və tozdan qorunan korpus ilə təchiz olunacaq. Beləliklə məlumata əsasən Nokia 10-nu suda 2 metr dərinliyə endirmək mümkün olacaq. Əgər bütün bu məlumatlar düz olsa, onda Nokia 10 rahatlıqla Galaxy S9, LG G7, HTC U12 və digər modellərlə rəqabət apara biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər