main-post-cover

    Çərçivəsiz Xiaomi Mi Max 3-ün ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    21.12.2017
    Farid Pardashunas
    3-cü nəsil Xiaomi Mi Max modelinin ilk fotoları sızdırılıb.
    Əgər şaiyələrə inansaq yeni smartfon 18:9 nisbətində 7 inç-lik ekranla təchiz olunacaq. Bu cür ekran ölçüsünə malik olacaq Mi Max 3-ün smartfona oxşaması cəhətdən onun kənar çərçivələri minimal olacaq. Aşağı hissədə kiçik çərçivənin olduğu Mi Mix 2 modelindən fərqli olaraq Mi Max 3-də aşağı hissədən ekranın altında kiçik zolaq yerləşəcək. Həmin yerdə ön kamera, ötürücülər və danışıq üçün səsgücləndirici yerləşəcək.

    Məlumata əsasən Mi Max 3 8 nüvəli Snapdragon 630 prosessoru və Adreno 508 qrafik sürətləndiricisinə sahib olacaq. Həmçinin Snapdragon 660 prsessoruna sahib daha təkmilləşdirilmiş versiyanın olacağı da gözlənilir. Batareyanın həcmi 5500 mAh olacağı güman edilir. Smartfonun arxa panelində barmaq izi skanı və ikili arxa kamera yerləşəcək. Cihazın digər özəllikləri barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər