
ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
28.09.2023
Emil
Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı smart eynəyi təqdim edib. Sözügedən smart eynək real zaman ərziondə nitqi tərcümə edə, smartfondakı bildirişləri əks etdirə və bəzi fitnes treker tapşırıqlarını yerinə yetirə bilir. Xarici görünüşcə isə AirGo 3 adi eynəklərdən heç də fərqlənmir. Bu smart eynəyi səsli əmrlər və ya mobil tətbiq vasitəsilə idarə etmək mümkündür. AirGo 3 vasitəsilə ChatGPT ilə ünsiyyət yaratmaq üçün istifadəçi sadəcə olaraq onu maraqlandıran sualı səsləndirməlidir.

Smart eynək öz növbəsində səsləndirilmiş sualı mikforon vasitəsilə qəbul edəcək və suala tərtib edilmiş cavabı böyük olmayan səsgücləndiricilər vasitəsilə istifadəçiyə səsləndirəcək. Eyni üsul ilə smart eynək real zaman ərzində nitqin tərcüməsini də reallaşdıra və smartfona daxil olmuş bildirişi səsləndirə bilir. AirGo 3 həmçinin naqilsiz qulaqlıqlar və fitnes trekerlərin bəzi funksiyalarını yerinə yetirə bilir.

Belə ki, smart eynək istifadəçiyə onun düzgün pozada oturmadığını, daimi şəkildə maye qəbul etməyin vacibliyini xatırladır, yandırılmış kalorilər və digər fiziki aktivliklər barəsində məlumatları təqdim edir. AirGo 3 smart eynəyi 3 versiyada təqdim olunub. Argon, Xeon və Helium. Onlar öz aralarında müxtəlif dizaynlar və satış qiymətləri ilə fərqlənirlər. Hər 3 versiyanın gövdəsi IP67 standartı üzrə sudan və tozdan qorunur. Smart eynək artıq satışa çıxıb. Argon adlı versiya 300$-a, Xeon adlı versiya 200$-a, Helium adlı versiya 200$-a satılır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
