main-post-cover

    Chrome brauzerində bu 3 reklam növü avtomatik bloklanacaq (Youtube da daxildir)

    Elm & Texnologiya
    06.02.2020
    Nijat Hamid
            Reklamlar artıq bezdirici bir hal alıb. Brauzer ilə hansı sayta daxil olsaq, reklamlara, açılan 2-ci pəncərələrə görə məcbur olub Adblock kimi reklam bloklayan əlavələrdən istifadə etməli oluruq. Bu səfər isə Google bunun üçün tədbir görəcək. Chrome brauzerində aşağıda sadaladığımız reklam növləri avtomatik bloklanacaq və istifadəçiyə göstərilməyəcək.

    Google, Chrome brauzerində istifadəçiləri bezdirən 3 fərqli reklam növünü avtomatik bloklayacaq. Məqsəd istifadəçilərin rahatlığını təmin etməkdir.

            Google, artıq reklamları müəyyən bir standarta salmağı istəyir. Daha əvvəl Better Ads Standarts: the Coalition for Better Ads ilə işləyən şirkət yeni qərarına əsasən 3 fərqli və bezdirici reklam növünü avtomatik bloklayacaq. Aparılan araşdırmaya əsasən insanları 8 dəqiqədən qısa videolarda narahat edən reklam növləri aşkarlandı. Bloklanacaq reklam növləri isə bunlardır:
    1. Keçilməsi mümkün olmayan, yayın və ya video əvvəlində görülən, 31 saniyədən daha uzun reklamlar, ilk saniyəsində keçmək mümkün olmayan reklam tipləri bloklanacaq.
    2. Video ortasında başlayan, istifadəçinin video izləmə keyfini pozan reklamlar bloklanacaq.
    3. Videonun üst və ya alt tərəfində çıxan, videonun 20%-indən daha çox hissəsini tutan yazılı və şəkilli reklamları bloklanacaq.
            Google rəsmiləri bildirir ki, növbəti 4 ay ərzində bu tip reklamların dayandırılma prosesi davam edəcək. Bu qərar isə rəsmi olaraq 5 Avqust 2020-dən etibarən hamı üçün keçərli olacaq. Bura Google şirkətinin öz video platformu olan Youtube da daxildir. Youtube-da olan keçilməsi mümkün olmayan reklamlar da artıq göstərilməyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər