main-post-cover

    Chromium əsaslı yeni Edge brauzeri Windows 10-un əsas brauzeri olacaq

    Elm & Texnologiya
    13.05.2020
    Nijat Hamid
            Microsoft şirkəti Internet Explorer brauzerini tamamilə sonlandıraraq Chromium bazası əsasında Edge brauzerini hazırlamışdı. Yeni Edge brauzeri o qədər sevildi ki, Chrome istifadəçiləri belə keçid etməyə başladı. Chrome-dan ən əsas fərqi Chrome qədər kompüter resursu istifadə etmədən eyni dərəcə sürəti və axıcılığı istifadəçilərə verə bilirdi. İndi isə yeni çıxan xəbərlərə görə Windows 10 20H1 yeniləməsi ilə Edge brauzeri Windows 10-un əsas brauzeri olacaq.

    Microsoft, bu ay yayınlanması gözlənilən Windows 10 2004 (20H1) yeniləməsində Chromium əsaslı Edge brauzerini əsas brauzer edəcək.

            Microsoft bir müddət əvvəl test istifadəçilərinə yenilənmə paketi göndərərək onların əməliyyat sistemlərində yeni Edge-ni istifadə vermişdi. İndi isə şirkət Windows 10 20H1 ilə bütün istifadəçilər üçün əsas brauzer Edge olacaq. Qeyd edək ki, yeni Edge brauzeri Chrome-da olan bütün extension-ları dəstəkləyir. Technote olaraq bir müddət istifadə etməyinizi məsləhət görürük. Həmçinin Windows 10 20H1 bu ayın sonundan etibarən etaplı şəkildə bütün istifadəçilər üçün yayımlanacaq.
    Linki kopyala