main-post-cover

    Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

    Elm & Texnologiya
    21.09.2023
    Emil Nəcəfov
        Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Huawei şirkətinin serverləri mütəmadi şəkildə kiberhücumlara məruz qalıb və bu kiberhücumların əsas məqsədləri ABŞ-ın kəşfiyyat xidmətlərinin 2009-cu ildən şirkətin gizli texnologiyalarını oğurlamaqdır. Çin rəsmilərinin sözlərinə əsasən böyük xarici texnoloji şirkətlərin proqram təminatları kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş boşluqlara sahibdirlər.
        Həmin boşluqlar isə Çin texnologiyalarının oğurlanmasında istifadə edilir. Məlumatda qeyd edilib ki, ABŞ kəşfiyyat xidmətlərinin Huawei şirkətinin serverlərinə daxil olma cəhdləri çinli mütəxəssislər tərəfindən 2009-cu ildən qeydə alınır. Keçən il Çin universitetlərindən birinin şəbəkəsinə reallaşdırılmış kiberhücumun araşdırılması zamanı Qihoo 360 adlı informasiya təhlükəsizliyi şirkətinin mütəxəssisləri Second Date adlı zərərli proqram təminatını aşkar etmişdilər. Məlumata əsasən bu zərərli proqram təminatı dünyanın bütün ölkələrində məlumatların ötürülməsi şəbəkələrinin izlənməsi məqsədilə ABŞ-ın kəşfiyyat xidmətləri tərəfindən istifadə edilmiş ola bilər.
        Çin rəsmilərinin sözlərinə əsasən ABŞ hakimiyyəti bütün dünya üzrə 10 minlərlə cihaza çıxış imkanına sahibdir və bunun sayəsində ABŞ hökuməti böyük həcmdə dəyərli məlumatı əldə edə bilib. Görünür, bir neçə müddət bundan öncə Çinin dövlət strukturlarında iPhone smartfonlarından istifadəyə qadağanın təyin edilməsi məhz ölkə daxili məlumatların sızdırılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Çin isə dövlət strukturlarında iPhone-dan istifadənin qadağan edilməsi məlumatını rəsmi şəkildə təkzib edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər