
Çin bazarının əjdahaları. 2017-ci ildə ən çox investisiya əldə etmiş Çin şirkətləri və servisləri
Elm & Texnologiya
26.12.2017
2017-ci ildə investorlar Çinin
texnoloji şirkətlərinə vəsaitlər yatırmağa davam etdilər. Diqqət mərkəzində əsasən
birgə istifadə iqtisadiyyatı və videoservislər oldu. Technode saytı Çinin ən
yüksək investisiyalar almış 5 İT şirkətinin siyahısını tərtib edib.
Didi Chuxing (9.5 milyard dollar):
Keçən il 7.3 milyard dollar investisiya almış Çinin car-sharing nəhəngi 2017-ci ildə də öz aktuallığını
saxlayıb. Bu ilin Aprel və Dekabr ayında keçirilmiş investisiya raundlarından
sonra şirkət ümumilikdə 9.5 milyard dollar investisiya cəlb edib. Əgər əvvəllər
“Didi” digər bazarlara çıxmağı planlaşdırırdısa, bu il o öz qlobal planlarını həyata
keçirtməyə başlayıb. Belə ki, bu ilin Mart ayında servis Kaliforniyada ofis
açmış və Apple Pay dəstəyini əldə etmişdir. Şirkətin sahib olduğu uğurun əsas səbəblərindən
biri də onun təqdim etdiyi xidmətlərin müxtəlifliyi olub. Belə ki, şirkət aktiv
şəkildə velosiped icarəsi, yemək çatdırılması və elektron ödəmə servislərini də
inkişaf etdirir.
iQiyi (1.53 milyard dollar):
Çində YouTube servisinin analoqu
kimi fəaliyyət göstərən iQiyi bu il 1.53 milyard dollar investisiya alıb. Vəsaitin 300 milyon dollarını isə servisə “Baidu” şirkəti yatırıb. Bu şirkət həmçinin
servisə daimi olaraq öz dəstəyini verir. Əldə olunmuş vəsaitlər çox güman ki, kontentin
əldə olunması üçün xərclənəcək. Bu bazarda uğurlu olmaq üçün video yayımı edən
saytlar həm özlərinin həmdə əməkdaşlıq etdikləri digər saytların yaratdıqları
keyfiyyətli kontentlərə vəsait yatırmalıdırlar.
Ofo (1.15 milyard dollar) və
Mobike (1 milyard dollar):
Velosiped icarəsi ilə məşğul olan
bu iki şirkət 2017-ci ildə də çox uğurlu olmuş və külli miqdarda investisiyalar
cəlb etmişdilər. Onların fəaliyyət göstərdikləri bazar Çində yüksək sürətlə
böyüməkdə və inkişaf etməkdə davam edir. Bununla yanaşı şirkətlər arasındakı rəqabət
isə ölkə sərhədlərindən də kənara çıxır. Şaiyələrə əsasən investorlar bu iki
şirkətin birləşməsi üçün onların rəhbərlərinə təzyiqlər göstərirlər. Lakin şirkətlər
rəsmi olaraq bildiriblər ki, bu cür variant onların diqqət mərkəzində deyil.
Koubei (1.1 milyard dollar):
“Alibaba”nın əməkdaşı olan və yerli
kommersiya bazarında fəaliyyət gpöstərən Koubei bu ilin Yanvar ayında ilk dəfə
xarici investorlardan vəsait cəlb etmişdir. Bir dəfəyə bu servis 1.1 milyard
dollar investisiya aldı. Koubei 2015-ci ildə “Alibaba” və onun digər şirkəti “Ant
Financial” şirkəti tərəfindən təsis edildi. Servis mobil ödəmələr üçün nəzərdə
tutulurdu. Şirkətin ideyasının məğzi yerli riteylerlərin internetə cəlb
olunaraq onların dəstəklənməsindədir.
Toutiao (1 milyard dollar):
Xəbərlərin oxunması üçün nəzərdə
tutulmuş tətbiq bu ilin Aprel ayında 1 milyard dollar investisiya almış və daha
2 milyard dollar almağı da planlaşdırır. Bu cavan startapın son illərdə qiyməti
bir xeyli artıb. Beləliklə o, bazarın digər oyunçuları ilə rəqabət apara və hətta
digər layihələrə də öz investisiyalarını yatıra bilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...