main-post-cover

    Çin hökuməti də xarici şirkətlərə qarşı özünün qara siyahısını yaratdığını elan etdi

    Elm & Texnologiya
    01.06.2019
    Emil Nəcəfov
        Çinin ticarət nazirliyi “etibarsız təşkilatlar” siyahısının yaradıldığını elan edib. Həmin siyahıya xarici şirkətlər əlavə ediləcək və onların yerli şirkətlərlə əməkdaşlıqları məhdudlaşdırılacaq. Hətta bəzilərinin ümumiyyətli Çin bazarındakı fəaliyyətinə qadağa qoyulacaq. Başqa sözlə desək, bu, ABŞ hökumətinin yaratdığı qara siyahının analoqudur. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib.
        “”Etibarsız təşkilatlar” siyahısına bazar qaydalarına riayət etməyən, Çin müəssisələrinə qeyri-kommersiya təchizatını reallaşdırmağı məhdudlaşdıran və Çin müəssisələrinin maraqları ilə qanuni hüquqlarına zərər verən xarici təşkilatlar, müəssisələr və ayrıca şəxslər əlavə olunacaqlar” - deyə Çinin ticarət nazirliyinin təmsilçisi bildirib. Çinin ticarət nazirliyi özünün qara siyahısına hansı şirkətlərin əlavə olunacağı və bu prosesin necə baş verəcəyi barəsində bir məlumat verməyib.
        Açıq aşkar görünür ki, bu, ABŞ hökumətinin Huawei ilə digər yüzlərlə Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara olan cavabıdır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ prezidenti Donald Trump-ın Ağ Evdəki çıxışı zamanı o bildirmişdi ki, ABŞ ilə Çin arasında ola biləcək ticarət razılaşmasına Huawei şirkəti də əlavə oluna bilər. Razılaşmanın əldə olunacağı təqdirdə şirkət ABŞ bazarındakı fəaliyyətini davam etdirə bilər. Lakin Huawei şirkəti siyasətçilərin bu işi həll etmələrini gözləmədən artıq ABŞ məhkəməsinə müraciət edib.
    Linki kopyala